AZ

Bu ölkədə avtobus qəzası baş verdi -

Boliviyanın Tomaykuri şəhəri yaxınlığında avtobusun yolda uçuruma çırpılması nəticəsində 13 nəfər ölüb, 20 nəfər yaralanıb.Metbuat.az Reporta-a istinadən xəbər verir ki, bu barədə “Erbol” portalı polis nümayəndəsi Limbert Çoke istinadən məlumat yayıb. Qeyd olunub ki, nəqliyyat vasitəsi Sukredən Oruroya doğru hərəkət edib. Belə ki, yağan yağışlar yolun sürüşkən olmasına səbəb olub və nəticədə idarəetmədən çıxan avtobus xəndəyə düşüb, daha sonra dağ parçasına çırpılıb.

“20-yə yaxın yaralı xəstəxanaya yerləşdirilmək üçün Lylallaquaya aparılıb və indiyədək 13 nəfərin öldüyü bildirilir”, - polis sözçüsü bildirib.

Seçilən
8
2
metbuat.az

3Mənbələr