AZ

Patruşev: "London ABŞ ilə münasibətlərimizi pozur"

NATO-nun Avropa qanadı Moskva ilə Vaşinqton arasında dialoqun bərpasına məhəl qoymayaraq, Baltik regionunda Rusiyanın qarşısını almaq siyasətini davam etdirir. Bunu “Milli Müdafiə” jurnalına müsahibəsində Rusiya prezidentinin köməkçisi və Rusiya Dəniz Kollegiyasının sədri Nikolay Patruşev deyib.

Onun fikrincə, Baltikyanı ölkələrdə vəziyyətin hazırkı formada gərginləşməsi Rusiya-Amerika münasibətlərinin normallaşdırılması istiqamətində addımların, eləcə də Ukrayna üzrə danışıqların pozulmasında maraqlı olan London tərəfindən təşkil edilib.

"Avropanın genişmiqyaslı hərbiləşdirilməsinə dair qərar qəbul edən Avropa İttifaqının (Aİ) son sammitinin nəticələrinə əsasən, hərbi təhdidlər bundan sonra yalnız artacaq", - Patruşev qeyd edib.

Onun sözlərinə görə, Baltikyanı vəziyyətlə bağlı proqnozlar belədir ki, hərbi alyans Avropa ölkələrinin dəniz qüvvələri tərəfindən regional gərginliyi qəsdən qızışdırmağa diqqət ayıracaq.

"Rusiyanın liman infrastrukturuna və naviqasiya imkanlarına qarşı təhlükələrin daha da güclənməsi ehtimalı yüksəkdir", - prezidentin köməkçisi bildirib.

O, həmçinin NATO üzvlərinin fövqəladə halların və qəzaların təşkili üçün Rusiya gəmilərinin naviqasiya avadanlığına kiberhücumlardan istifadəni təcrübədən keçirməsinə diqqət çəkib.

Tural

Seçilən
1
news365.az

1Mənbələr