AZ

Azərbaycan neftinin qiyməti 74 dolları ötüb

Bakı. Trend:

İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalıneftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə1,1 ABŞ dolları və ya 1,51% artaraq 74,02 dollar/barel təşkiledib.

Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.

Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında “AzeriLight” markalı neftin bir barelinin qiyməti 1,05 dollar və ya 1,46%bahalaşaraq 72,74 dollar təşkil edib.

URALS markalı xam neftin qiyməti əvvəlki göstərici iləmüqayisədə 1,08 dollar və ya 1,93% artaraq 56,88 dollar/bareləbərabər olub.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin birbarelinin qiyməti əvvəlki göstəricidən 1,08 dollar və ya 1,52%bahalaşaraq 72,23 dollar/barel təşkil edib.

Martın 13-nə olan rəsmi məzənnə 1,7 AZN/1USD təşkil edir.

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftinorta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Məqalədə:
Seçilən
5
27
az.trend.az

10Mənbələr