Suriya Müvəqqəti Hökuməti ilə Suriya Demokratik Qüvvələri (SDQ) arasında imzalanan 8 maddəlik razılaşma ölkənin şimal-şərqində sevinclə qarşılanıb.
Xalqcəbhəsi.az “sozcu.com.tr” saytına istinadən xəbər verir ki, YPG-nin nəzarətində olan Qamışlıda insanlar razılaşmanı qeyd etmək üçün küçələrə axışıb.
Avtomobillərlə şəhərin küçələrində gəzən kürdlər Suriyanın neftlə zəngin şimal-şərqinin böyük hissəsinə nəzarət edən SDQ ilə olan razılaşmanı PKK bayraqları və Öcalanın plakatları ilə qeyd ediblər.