AZ

Beyləqanda iki avtomobil toqquşdu: xəsarət alanlar var

Beyləqan. Trend:

Beyləqanda ötən gün baş vermiş qəza nəticəsində 6 nəfər xəsarətalıb.

Trend-in yerli müxbirininəldə etdiyi məlumata görə, hadisə rayonun Daşburun qəsəbəsiərazisində baş verib.

Belə ki, hərəkətdə olan "Mercedes" markalı avtomobil qarşıdangələn "VAZ" 21015 markalı avtomobillə toqquşub. Nəticədə hər ikiavtomobildə ümumilikdə 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətlərialaraq Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Yaralılardan dörd nəfəri Füzuli rayon sakini, iki nəfəri isəBeyləqan rayon sakini olduqları bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Seçilən
7
1
az.trend.az

2Mənbələr