Ağcabədi Rayon Polis Şöbəsinin sahə rəisi, polis mayoru Müşviq Əlikişi oğlu Cümşüdov 53 yaşında vəfat edib.
Ölkə.az xəbər verir ki, bu barədə Teleqraf-a onun yaxınları məlumat verib.
M.Cümşüdov son bir ildə xərçəng xəstəliyindən əziyyət çəkirmiş.
Onun üç övladı yadigar qalıb.
Mərhum Bakıda dəfn olunub.