AZ

Rusların "Potok" hərbi əməliyyatı Malineni heyrətləndirib

Rusiya Silahlı Qüvvələrinin “Potok” əməliyyatı haqqında filmlər çəkiləcək və kitablar yazılacaq. Bu əməliyyat zamanı rus qoşunları Kursk vilayətindəki Sudjaya qaz kəmərinin içərisi ilə girib. Bunu Helsinki Universitetinin professoru Tuomas Malinen X sosial şəbəkəsindəki (keçmiş Twitter-red.) səhifəsində Rusiya Silahlı Qüvvələrinin son uğurlarını şərh edərkən yazıb.

“Bu haqda kitablar yazılacaq, filmlər çəkiləcək. Bu heyrətamizdir",- o qeyd edib.

Martın 9-da Könüllü Hücum Korpusunun mətbuat xidməti bəyan etmişdi ki, 800-dən çox rus əsgəri Urenqoy-Pomarı-Ujqorod qaz kəmərinin boş borusundan istifadə edərək Sudja şəhərinə daxil olub.

Martın 11-də Kursk vilayətinin qubernatoru Aleksandr Xinşteyn isə bildirib ki, rus əsgərləri 6 gün ərzində boru xətti boyunca 14 kilometr sürünüblər.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Seçilən
2
news365.az

1Mənbələr