AZ

Qusarda keçmiş qayınatasını bıçaqlayan şəxs SAXLANILDI – ÖZƏL

55 yaşlı keçmiş qayınatasına bıçaqla xəsarət yetirən 24 yaşlı Bakı sakini Ali Şıxbabayeviç Şıxbabayev Qusar rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Bakı sakini olan keçmiş kürəkən Qusar rayon prokurorluğunda açılan cinayət işi üzrə istintaqa cəlb edilib.

Qeyd edək ki, hadisə ötən gecə Qusarın Mucuqoba kəndində baş verib. Bakıda yaşayan Ali Şıxbabayev keçmiş qayınatası Rövşən Mustafayevi döş qəfəsindən bıçaqlayıb. Yaralının vəziyyəti hazırda orta-ağırdır.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Seçilən
0
bizim.media

1Mənbələr