
Qızıl fyuçerslərinin qiyməti yeni tarixi maksimuma çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Comex” birjası (Nyu-York Ticarət Birjasının bölməsi) məlumat yayıb.
Ticarət platformasından verilən məlumata görə, qızılın qiyməti bir troy unsiyası üçün 2 min 950 dolları keçib.
Belə ki, Bakı vaxtı ilə saat 06:42-yə olan məlumata görə, qızılın qiyməti 1 troy unsiyası üçün 2951,3 dollar (+0,15%) təşkil edib.