AZ

Bu “ASAN xidmət” mərkəzinin fəaliyyəti qismən məhdudlaşdırılacaq

Sumqayıt şəhərinin Bakı küçəsi, 15-ci məhəllə 42d ünvanında yerləşən “ASAN xidmət” mərkəzi zəruri təmir-bərpa işləri ilə əlaqədar 16 mart ? 7 aprel 2025-ci il tarixində fəaliyyətini qismən məhdudlaşdıracaq.
Banker.az xəbər verir ki, vətəndaşlar qeyd olunan müddətdə mərkəzdə yalnız Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, “Azəriqaz” İB, “Azərişıq” ASC, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən göstərilən həmçinin güzəştli mənzillər və tərcümə xidmətlərindən yararlana bilərlər.
Eyni zamanda mərkəzdə bütün xidmətlər üzrə hazır sənədlərin verilməsi həyata keçiriləcək.
Vətəndaşlardan sözügedən müddətdə müvafiq xidmətlər üzrə 2 saylı Sumqayıt və digər “ASAN xidmət” mərkəzlərinə müraciət etmələri xahiş edilir.
Seçilən
0
22
banker.az

10Mənbələr