Qlobal çağırışlarla üzləşən müasir dünyanın açıq dialoq və birgə qərarların qəbulu üçün platformaya ehtiyacı var.
Bakıvaxtı.az xəbər verir ki, bunu XII Qlobal Bakı Forumu çərçivəsində Avropa İttifaqı Şurasının keçmiş prezidenti Şarl Mişel deyib.
Onun sözlərinə görə, mövcud prinsiplər və beynəlxalq qaydalar təzyiq altındadır, bu da konstruktiv həllərin axtarışını xüsusilə vacib edir.