AZ

1 saylı Sumqayıt "ASAN xidmət" fəaliyyətini qismən məhdudlaşdırıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Sumqayıt şəhərinin Bakı küçəsi, 15-ci məhəllə, 42d ünvanında yerləşən "ASAN xidmət" mərkəzi zəruri təmir-bərpa işləri ilə əlaqədar bu il martın 16-dan aprel 7-dək fəaliyyətini qismən məhdudlaşdıracaq.
Oxu.Az xəbər verir ki, bu barədə "ASAN xidmət"dən məlumat verilib.
Bildirilib ki, vətəndaşlarımız qeyd olunan müddətdə mərkəzdə yalnız Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, "Azəriqaz" İB, "Azərişıq" ASC, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən göstərilən, həmçinin güzəştli mənzillər və tərcümə xidmətlərindən yararlana bilərlər.
"Eyni zamanda, mərkəzdə bütün xidmətlər üzrə hazır sənədlərin verilməsi həyata keçiriləcək.
Vətəndaşlardan sözügedən müddətdə müvafiq xidmətlər üzrə 2 saylı Sumqayıt və digər "ASAN xidmət" mərkəzlərinə müraciət etmələri xahiş olunur", - deyə məlumatda vurğulanıb.
Seçilən
4
oxu.az

1Mənbələr