AZ

1 saylı Sumqayıt “ASAN xidmət” fəaliyyətini qismən məhdudlaşdırır

1 saylı Sumqayıt “ASAN xidmət” mərkəzi zəruri təmir-bərpa işləri ilə əlaqədar martın 16-dan aprelin 7-dək fəaliyyətini qismən məhdudlaşdıracaq.

Bu barədə FED.az-a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, vətəndaşlar həmin müddətdə mərkəzdə yalnız Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, “Azəriqaz”, “Azərişıq”, İpoteka və Kredit Zəmanət Fondunun göstərdiyi güzəştli mənzillər və tərcümə xidmətlərindən yararlana bilərlər. Eyni zamanda mərkəzdə bütün xidmətlər üzrə hazır sənədlərin verilməsi həyata keçiriləcək.

Dövlət Agentliyi vətəndaşları bu müddət ərzində 2 saylı Sumqayıt və digər “ASAN xidmət” mərkəzlərinə müraciət etməyi məsləhət görüb.

Seçilən
2
12
fed.az

10Mənbələr