AZ

Ərdoğan: Biz vasitəçi olmağa hazırıq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Polşanın baş naziri Donald Tusk ilə görüşdən sonra bəyan edib ki, Türkiyə hakimiyyəti Rusiya və Ukrayna arasında sülh danışıqlarının təşkilində iştirak etməyə hazırdır.

Vətəninfo.az  xəbər verir ki, o, X sosial şəbəkəsində yazıb: “Türkiyənin bu müharibə ilə bağlı mövqeyi ilk gündən çox aydındır. Biz daha çox qan tökülməsini istəmirik və hər iki qonşunun müharibəni ədalətli sülhlə bitirməsini istəyirik”.

“Əgər son hadisələr Rusiya və Ukraynanın danışıqlar masasına qayıtmasına imkan verərsə, biz ədalətli və davamlı sülhün bərqərar olmasına, o cümlədən danışıqların təşkilinə hər cür töhfə verməyə hazırıq”, – deyə Ərdoğan əlavə edib.

Seçilən
2
4
veteninfo.az

6Mənbələr