AZ

Çörəyi soyuducuda saxlayanlar, ehtiyyatlı olun

Yazını böyüt
Yazını kiçilt

Süfrələrimizdə ən çox istifadə etdiyimiz qida olan çörəyin necə və hansı şəraitdə saxlandığı önəmli məsələdir. Çörəyin təravətini itirməməsi və eyni zamanda sağlam şəkildə saxlanması üçün onun saxlanma üsuluna diqqət yetirilməlidir.

Hafta.az-ın yazdığına görə, çörək soyuducuya daxil olduqdan sonra içindəki karbohidrat molekulları “retrogradasiya” və ya daha çox türkcə desək, “geriyə doğru hərəkət” yaşayır. Bu o deməkdir ki, çörəyin tərkibindəki molekullar kristallaşıb.

Molekullar kristallaşarsa nə baş verir? İzah edək: Su molekulları yavaş-yavaş çörəyi tərk edir və karbohidrat molekulları tək qalır. Bu vəziyyət bizə daha tez boyatlaşan və ilk alınanda dadını itirmiş çörək kimi qayıdır.

Çörəyi soyuducuda saxlamaq heç də yaxşı alternativ deyil.

Təsəvvür etdiyiniz kimi, çörəyin xarab olmasının və ya boyatlaşmasının qarşısını almaq üçün ala biləcəyiniz ilk tədbir yeyəcəyiniz qədər çörəyi alıb təzə istehlak etməkdir. Amma bunu edə bilmirsinizsə və hər dəfə çörək sexinə və ya marketə gedəndə əliniz çox olarsa, aldığınız çörəyi xüsusi saxlama qablarında təmiz, sərin, hava keçirməyən yerdə saxlaya bilərsiniz. Hətta mətbəx rəfləri 2-3 gün müddətinə soyuducudan daha yaxşı seçim olacaq.

Seçilən
18
hafta.az

1Mənbələr