Bu ilin yanvar-fevral aylarında “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 1,4 milyondan çox sərnişin daşıyıb.

İndex.az ADY-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12 % çoxdur.

O cümlədən, son 1 ildə qatarla səfər edən xarici turistlərin sayı 38 % artaraq 3 763 olub.