AZ

Son beş ildə Azərbaycan neftininin ixracındakı vəziyyət - İLLƏR. RƏQƏMLƏR

Azərbaycan neft ixracının son beş ildəki vəziyyəti məlum olub.

FED.az Dövlət Statistika Komitəsinin rəqəmləri əsasında apardığı hesablamalara istinadən xəbər verir ki, 2020-ci ildə Azərbaycan xarici ölkələrə 29 min tondan çox neft ixrac edib. Son iki ildə isə ixrac tepi zəifləyərək 2021-ci ildə 27.1 min tona, 2022-ci ildə isə  26 min tona düşüb. 2023-cü ildə 23 tonluq cüzi artımdan sonra 2024-cü ilin sonunda 2,5 mn ton azalma ilə təxminən 23,4 min tona düşüb.

İllər

İxrac (ton)

İllik müqayisə

(ton)

İllik müqayisə

(%)

2020

29 023

   

2021

27 116

-1 907

-6,6%

2022

26 024

-1 092

-4,0%

2023

26 047

23

0,1%

2024

23 596

-2 451

-9,4%

Azərbaycanın neft ixracından qazancı ilk 3 il ərzində artım tempi nümayiş etdirib. Belə ki, 2020-ci ildə Azərbaycan neft ixracından təqribən 9,4 milyard dollar qazanc götürmüşdüsə 2021-ci ildə 3,85 milyard dollard manat (41,2%) artımla 13,2 milyard dollara yüksəlib.

2022-ci ildə artım sürəti bir qədər də sürətlənərək (6,3 milyard dollar və ya 47,4%) 19,5 milyard dollara çatıb.

Lakin 2023 və 2024-cü ildə neft ixracından qazanclar azalmağa başlayır. Belə ki, 2023-cü ildə 2022-ci ilə nisbətən 3,2 milyard dollar (16,6%), 2024-cü ildə isə 2023-cü ilə nisbətən 1,8 milyard dollar (11,1%) azalma baş verib.Ötən ilin sonuna neft ixracından qazanclar 14,4 milyard dollar olub.

Belə ki, 

İllər

İxrac (dollar)

İllik müqayisə

(dollar)

İllik müqayisə

(%)

2020

9 363 571

   

2021

13 218 922

3 855 351

41,2%

2022

19 483 624

6 264 702

47,4%

2023

16 240 830

-3 242 794

-16,6%

2024

14 437 356

-1 803 474

-11,1%

Xaricə ixrac edilmiş neftin 1 tonunun orta ixrac qiyməti 548 manat olub. 2021-ci ildə illik 280 manat artımla 829, 2022-ci ildə isə 444 manat artımla 1 273 manata bərabər olub. Növbəti 2 ildə isə ucuzlaşma tendensiyası müşahidə edilməkdədir. Belə ki, 2023-cü ildə 1 ton neftin orta ixrac qiyməti 2022-ci ilə nəzərən 213 manat az olmaqla 1 060, 2024-cü ildə isə 20 manat azalmaqla 1 040 manata bərabər olub.

İllər

İxrac (ton)

İxrac

(min dollar)

1 ton orta ixrac qiyməti manat

Qiymətlərin

müqayisəsi

(manat)

Qiymətlərin

müqayisəsi

(%)

2020

29 023

9 363 571

548

   

2021

27 116

13 218 922

829

280

51%

2022

26 024

19 483 624

1 273

444

54%

2023

26 047

16 240 830

1 060

-213

-17%

2024

23 596

14 437 356

1 040

-20

-2%

 

Seçilən
1
fed.az

1Mənbələr