AZ

"Endrikin üzünü görəndə penaltini Rüdigerə verməli olduq" - Ançelotti

style='margin-bottom:10px;'>

"Real"ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasında 1/4 finala yüksəlməkləri barədə danışıb.

QOL.az xəbər verir ki. onun komandası ötən gecə "Atletiko" ilə cavab görüşündə 0:1 hesabı ilə uduzub. İlk oyunda "Real" 2:1 hesablı qələbə qazandığı üçün əlavə vaxt oynanılıb. Bu zaman komandalar fərqlənə bilməyiblər. Penaltilər seriyasında isə "kral klubu" üstün olaraq mərhələ adlayıb - 4:2.

Ançelotti görüşdən sonra açıqlamasında oyunun çox çətin keçdiyini deyib: “Həmişə olduğu kimi, “Atletiko”ya qarşı oynamaq idi. Bərabər səviyyədə, gərgin matç keçdi. "Atletiko" meydanda çox işləyir, müdafiə mövqelərini mükəmməl seçir. Futbolçuları isə bir-birlərini qoruyurlar. Amma vacib olan yeganə şey mərhələ adlamaq idi”.

Mütəxəssis penaltilər seriyası zamanı fikrini dəyişərək sonuncu penalti zərbəsi üçün 18 yaşlı Endriki yox, Antonio Rüdigeri seçməsinin səbəbini də açıqlayıb: "Biz Endrikin penaltini vurmasını istəyirdik... Amma sonra onun üzünü gördüm və Rüdigerin daha yaxşı seçim olduğuna qərar verdim".

Qeyd edək ki, "Real" 1/4 finalda "Atletiko" ilə qarşılaşacaq.

Seçilən
1
teleqraf.com

1Mənbələr