“Azərbaycan Beynəlxalq Bankı”nın müştərisi bankın laqeyidliyindən narazıdır.
Tribunainfo.az xəbər verir ki, bu barədə şikayətçi Cəfər İsmayılzadə sosial şəbəkələrdə yazıb. O bildirib ki, 10 gündən çoxdur ABB-də onun şikayətinə baxılmır:
“10 gündür şikayətimə baxılmır. Neçə dəfə zəng etmişəm. Yenə də problemimlə maraqlanan yoxdur. Kimə deyək problemimizi? Məsələ təkcə pulda deyil. Məsələ həm də müştəriyə hörmətsizlikdədir”.
Qarşı tərəfi dinləməyə hazırıq.
Nigar