AZ

Beyləqanda ağır qəza - Yaralılar var

10:35 13.03.2025
10:35 13.03.2025

Beyləqanda 6 nəfərin xəsarət almasınlar nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Mynews.az Report-a istinadən xəbər verir ki, rayonun Daşbrun qəsəbəsində hərəkətdə olan "Mercedes" markalı avtomobil qarşıdan gələn "VAZ" 21015 markalı avtomobillə toqquşub. Nəticədə hər iki avtomobildə olmaqla 6 nəfər müxtəlif dərəcəli xəsarət alaraq Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Yaralılardan dörd nəfəri Füzuli rayon sakini iki nəfəri isə Beyləqan rayon sakini olduqları bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Seçilən
7
4
mynews.az

10Mənbələr