AZ

"Sahibkarlıq subyektlərinin vergi uçotuna yanaşması dəyişib"

Azərbaycanın yeni strateji inkişaf dövründə iqtisadiyyatın davamlı artımının təmin edilməsi və artım sürətinin yüksəldilməsi üçün maliyyə-vergi və uçot sisteminin çevik hədəflərə adaptasiya oluna bilən nəticə yönümlülüyü artmaqdadır.

FED.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Bakıda keçirilən, “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş "Maliyyə nəzarəti - dövlətin və özəl sektorun konstitusion hüquqlarının qorunmasının təminatçısı kimi" mövzusunda konfransda bildirib.

"2019-cu ildən etibarən vergi sistemində yeni yanaşmalarnın tətbiqinə başlanılıb. Bunlar, "kölgə iqtisadiyyatı" ilə mübarizə, iqtisadiyyatda şəffaflığın artırılması, haqlı rəqabətin qorunması, dövlətin vergi tənzimləmə alətlərindən fəal istifadə, sahibkarlığın dəstəklənməsi olub. Bu dövrdən başlayaraq sahibkarlıq subyektlərində vergi uçotuna yanaşma dəyişib. Son bir neçə ildə uçotun düzgün qurulması və şəffaf fəaliyyərin təmin edilməsi üçün sərgilədiyimiz yanaşmalar, habelə qanunvericilik və inzibatçılıqla bağlı aparılan siyasət vergi ödəyicilərinin uçotunun qurulmasına münasibətdə, "kölgə iqtisadiyyatı"nın leqallaşması istiqamətində əhəmiyyətli nəticələrə gətirib" - deyə o qeyd edib. (Report)

Seçilən
0
1
fed.az

2Mənbələr