“Arsenal”ın cinah futbolçusu Rahim Sterlinq Çempionlar Liqasının 1/8 finalında PSV ilə oyundan (2:2) sonra fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, "TNT Sports" ingilis oyunçunun dediklərini belə çatdırıb.
“Meydançaya çıxmaq və komandanın işinə töhfə vermək xoş idi. Sadəcə öz oyunumu göstərdim, dinamik hərəkət etməyə çalışdım. Yaxşı çıxış etməyi bacardım. Mən nəyə qadir olduğumu bilirəm və sadəcə oynamaq istəyirəm. Amma onu da başa düşürəm ki, mən yüksək səviyyəli oyunçuların olduğu top klubdayam, ona görə də şansımı gözləməliyəm. Mən hələ də böyük rol oynaya biləcəyimə inanıram"
30 yaşlı futbolçu iki məhsuldar ötürmə edib və matçın ən yaxşı oyunçusu seçilib. “Topçular” ilk oyundakı inamlı qələbə (7:1) sayəsində 1/4 finala yüksəlib.