AZ

Conatan Vitli Sauber-də işə aprelin 1-də başlayacaq

F-1.az xəbər verir ki, britaniyalı mütəxəssisin 2025-ci ilin iyulunda Sauber-in rəhbəri vəzifəsinə keçməsi planlaşdırılırdı, lakin bu gün Sauber rəsmi olaraq təsdiqləyib ki, Vitli aprelin 1-də öz vəzifələrini icra etməyə başlayacaq və Yaponiya Qran Prisində komanda başçısı kimi debüt edəcək.

Conatan Vitli yeni vəzifəsində, əməliyyat və baş texniki direktor Mattia Binotto kimi, birbaşa Sauber Motorsport AG-nin direktorlar şurasının sədri Gernot Dölnerə tabe olacaq.

Vitli və Binotto birgə olaraq, onlara dəqiq müəyyən edilmiş rollar və nəticələrə nail olmaq üçün məsuliyyət verən struktur çərçivəsində komandanın uğuru üçün məsuliyyət daşıyırlar.

Conatan Vitli Formula1-də karyerasına 1990-cı illərin əvvəlində Benetton komandasında başlayıb və burada baş mexanik vəzifəsinə qədər yüksəlib. Bundan əlavə, o, üç il Renaut komandasında baş mexanik kimi çalışıb, 2006-cı ildə isə idman direktoru vəzifəsində Red Bull Racing-ə qoşulub. Milton Kinsdəki komandada Vitli 2024-cü ilin sonuna qədər çalışıb.

Seçilən
18
f-1.az

1Mənbələr