AZ

Əfqanıstanda son bir ayda daşqınlar nəticəsində 80 nəfər ölüb

Bakı, 13 mart, AZƏRTAC

Əfqanıstanda son bir ayda daşqınlar nəticəsində 80 nəfər ölüb,100-dən çox insan xəsarət alıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin əyalət departamentlərinin hesabatında bildirilib. Qeyd olunub ki, təbii fəlakətlər böyük maddi ziyana səbəb olub. Belə ki, 1800-dən çox ev tamamilə və ya qismən dağılıb və 3 min hektar əkin sahəsi yararsız hala düşüb.

Qeyd edək ki, son bir ay ərzində leysan yağışları və daşqınlar Əfqanıstanın əksər bölgələrinə, xüsusən də qərb əyalətlərinə təsir edib.

 

 

Seçilən
1
azertag.az

1Mənbələr