AZ

Fernandu Santuş: "Qəbələ"nin futbolçusunda çoxlu keyfiyyət gördüm"

Onda çoxlu keyfiyyət gördüm.

"Report"un məlumatına görə, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis I Liqada çıxış edən "Qəbələ"nin üzvü Şahin Şahniyarovun yığmaya çağırılması ilə bağlı danışıb:

"Tez-tez aşağı liqanın oyunlarına gedirik. Bir neçə futbolçu diqqətimizi cəlb edib".

Santuş toplanış müddətində futbolçulara oruc tutmağa icazə veriləcəyini diqqətə çatdırıb:

"Mən buna hörmətlə yanaşıram. Mövcud duruma görə də məşq saatlarını seçəcəyik".

Qeyd edək ki, Azərbaycan millisi martın 22-də Haiti, martın 25-də Belarusla yoldaşlıq oyunları keçirəcək.

Seçilən
7
report.az

1Mənbələr