12 Mart tarixində Bağçalı Saray restoranında Uluslarası Demokratlar Birliği (UID) Azərbaycan təmsilçiliyinin təşkilatçılığıyla “Birlik və qardaşlıq” iftar məclisi keçirilib.
Bizimyol.info xəbər verir ki, Beynəlxalq Demokratlar Birliği (UlD) Azərbaycan təmsilçiliyinin təşkilatçılığıyla keçirilən “Birlik və qardaşlıq” iftar məclisinin açılışında imam tərəfindən İslam dininin müqəddəs kitabı Quran-i Kərimdən dualar səsləndirilib.
İftar məclisi Türkiyə Səfirliyinin Din Xidmətləri Müşaviri İhsan Açık açılış nitqi ilə davam edib. Qonaqları salamlayan müşavir, İslam dininin Ramazan ayı və oruc tutmaqla bağlı şərtlərindən danışıb. İhsan Açık, Ramazan ayında xüsusilə tələb olunan davranışlardan bəhs edib: “Səbr, vaxt keçirmək deyil. Səbr vaxtı ən gözəl dəyərləndirməyin önəmini göstərir. Allah bizi səbrlilərdən etsin”.
Açılış nitqinin ardınca UID Azərbaycan tərəfindən müqəddəs Ramazan ayına özəl hazırlanmış tanıtım videosu göstərilib. Video nümayişinin davamında imam tərəfindən dualar və əzan səsləndirilib, iftara keçid olunub.
UID Azərbaycan təmsilçiliyi başqanı Cengiz Aygör, iftar məclisinin protokolu başda olmaqla, bütün qonaqları salamlayıb və müqəddəs Ramazan ayı müddətində edilən bütün ibadətlərin qəbul olunmasını arzulayıb. Cengiz Aygör, UID Azərbaycanın fəaliyyətindən bəhs edib və Azərbaycan-Türkiyə qardaşlığı çərçivəsində birliyin gələcək hədəflərə doğru atdığı addımların önəmindən danışıb.
Növbəti çıxış üçün səhnəyə Mövlud Çavuşoğlu dəvət olunub. Sabiq nazir, qonaqları salamlayıb və UID Azərbaycanın fəaliyyətindən danışıb. Çavuşoğlu, Azərbaycan və Türkiyə qardaşlığının möhkəm təməllərə əsaslandığını bildirib: “Türkiyə Azərbaycanın yanındadır. Türkiyə də bilir ki, heç kim olmasa da, Azərbaycan həmişə qardaşı Türkiyənin yanındadır”.
UID Genel Merkezi Gençlik Kurulu Başqanı Ahmet Furkan Katırcıoğlu, UID Azərbaycanın beynəlxalq fəaliyyəti haqqında danışıb.
Növbəti çıxış üçün kürsüyə dəvət olunan Türkiyə Cümhuriyyətinin Bakıdakı səfirliyinin fövqəladə səlahiyyətli səfiri Prof. Dr. Birol Akgün, fəaliyyətinin 40-cı gününü tamamladığını və bu dönəmin müqəddəs Ramazan ayına təvafuk etməsinin sevincini yaşadığını qeyd edib. Azərbaycan və Türkiyə qardaşlığından qədim Dədə Qorqud dastanına ithafən bəsh edən səfir, 44 günlük Qarabağ müharibəsində və Türkiyədə baş verən 6 fevral zəlzələsində qardaşlığı ürəkdən hiss etdiyini bildirib: “Dəvət gözləmədən bir-birinin yanında olan
AK Parti İstanbul millətvəkili Şamil Ayrım, UID Azərbaycanın iftar məclisinin qonaqlarını salamlayıb və UID-in beynəlxalq dostlarının salamlarını gətirdiyini bildirib. Şamil Ayrım, Azərbaycan və Türkiyənin birgə həyata keçirdiyi iqtisadi layihələrin uğurlu nəticələrindən, eyni zamanda stratejik sərmayələrinin hədəflərindən bəhs edib. Azərbaycan və Türkiyənin beynəlxalq diaspor fəaliyyətinin önəmini qeyd edən Şamil Ayrım, Ermənistanı da sülh sazişini imzalamağa çağırıb və bölgədə davamlı sülhün tərəfdarı Azərbaycan-Türkiyə birliyinin sülhə həmişə hazır olduğunu vurğulayıb.