"Tələbələrin bilik bacarıqlarının artırılmasında bu kimi tədbirlər müsbət təsir göstərir"
AzEdu.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin rəsmisi Hilal Salmanov "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə universitetlərarası Azərbaycan çempionatının finalında qeyd edib.
"Dövrün tələbi fərqlidir. Bu inkişafa vaxtında cavab vermək üçün bizdən cəldlik, çeviklik tələb olunur. Biz hər birimiz Azərbaycan Respublikasının vətəndaşı olaraq məsuliyyətimizi dərk etməliyik. Bu gün intellektual oyunun qalibi olmaq artıq gəncin hansı bacarıqlara malik olmasından xəbər verir. İnformasiya müharibəsi deyilən bir yanaşma var. Bunub üçün də hər zaman diqqətli olmalıyıq. İxtisasımızdan, peşəmizdən asılı olmayaraq tariximizi, dil bacarıqlarımızı təkmilləşdirməliyik. Siz bu gün buraya gəlib çatmısınızsa deməli bizim gələcəyimiz əmin əllərdədir".