AZ

Neftin son qiymətləri

Finss.az - Cümə axşamı Asiya ticarət sessiyasında WTI markalı neftin fyuçers qiymətləri eniş nümayiş etdirib.

Nyu-York Ticarət Birjasında aprel ayı üçün WTI neftinin fyuçersləri 67,67 ABŞ dolları səviyyəsində ticarət olunub ki, bu da 0,01%-lik azalma deməkdir. Sessiya ərzində minimal qiymət 65,29 dollar/barel olub. Hazırda neftin dəstək səviyyəsi 65,29 dollar, müqavimət səviyyəsi isə 68,22 dollar təşkil edir.

Eyni zamanda, ABŞ dollarının altı əsas valyutaya nisbətini göstərən USD indeksi 0,03% artaraq 103,56 dollar səviyyəsinə yüksəlib.

ICE birjasında ticarət olunan digər enerji daşıyıcıları arasında Brent markalı neftin may ayı üçün fyuçersləri 0,08% artaraq 71,01 dollar/barel olub. Brent və WTI markalı neftlər arasındakı qiymət fərqi isə 3,34 dollar/barel təşkil edib.

Seçilən
0
fins.az

1Mənbələr