AZ

Qırğızıstan və Tacikistan dövlət sərhədi haqqında saziş imzaladı


Qırğızıstan Prezidenti Sadır Japarov və Tacikistan Prezidenti Emoməli Rəhmon iki ölkə arasında mübahisəli ərazilərlə bağlı təxminən 23 il davam edən danışıqlardan sonra Bişkekdə dövlət sərhədi haqqında saziş imzalayıblar.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, sənəd Tacikistan liderinin Qırğızıstanın paytaxtına dövlət səfəri çərçivəsində Qırğızıstanın “Yntımak Ordo” (“Birlik mərkəzi”) dövlət iqamətgahında təntənəli şəkildə imzalanıb.
Danışıqlar başa çatdıqdan sonra Japarov və Rəhmon birgə bəyanat imzalayıblar.
Bundan əlavə, Qırğızıstan və Tacikistan iki ölkə arasında 2021-ci ildə kəsilən hava əlaqəsini bərpa etmək barədə razılığa gəliblər.
Qeyd edək ki, Qırğızıstanla Tacikistan arasındakı sərhədin uzunluğu təqribən 980 km-dir. Onun delimitasiyası üzrə danışıqlar 2002-ci ilin dekabrından davam edir. Bu məsələnin həll olunmaması dəfələrlə iki respublikanın yerli sakinləri və hərbçilərinin iştirakı ilə münaqişələrə, o cümlədən odlu silahdan istifadəyə səbəb olub. Bunlardan sonuncusu 2022-ci ilin payızının əvvəlində baş verib. Həmin il xüsusilə şiddətli qarşıdurma ilə əlaqədar 140 min insan təxliyə edilib.
SSRİ-nin dağılmasından sonra iki dövlət arasında sərhəddə 230-dan çox silahdan istifadə hadisəsi baş verib.
Seçilən
2
yeniavaz.com

1Mənbələr