AZ

Ombudsman: Ruslar bir qrup ukraynalı hərbi əsiri edam edib

Ruslar ukraynalı hərbi əsirləri öldürməkdə davam edir. Sosial şəbəkələrdə ruslara əsir düşən silahsız ukraynalı hərbçilərin edam edildiyini əks etdirən daha bir video yayılır...

Poliqon xəbər verir ki, bunu Ukrayna Ali Radasının insan hüquqları üzrə komissarı Dmitri Lubinets deyib.

"Yayımlanan videoda azı 5 nəfərin öldürüldüyü iddia edilən hərbi əsir göstərilir. Bir daha biz Rusiya ordusu tərəfindən beynəlxalq humanitar hüquqa həyasızcasına məhəl qoymadığını görürük", deyə o qeyd edib.

Dmitri Lubinets Ukrayna Ombudsmanının missiyasını yerinə yetirərək, hərbi cinayətin qeydə alınması üçün BMT və BQXK-ya məktublar göndərib.

"Əmr verənlər, bu cür vəhşiliklər törədənlər ciddi şəkildə cavab verməlidirlər", deyə Dmitri Lubinets qeyd edib.

Poliqon.info

Seçilən
1
1
poliqon.info

2Mənbələr