AZ

FTX xüsusi əməliyyat iştirakçılarına və dövlət qulluqçularına qarşı sui-qəsd cəhdlərinin qarşısını alıb

Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti (FTX) Ukrayna xüsusi xidmət orqanlarının poçt vasitəsilə içərisində bombalar olan bağlamalar göndərməklə xüsusi əməliyyat iştirakçılarına və hökumət rəsmilərinə qarşı bir sıra sui-qəsd cəhdlərinin qarşısını alıb.

Herbiand.az bildirir ki, bu barədə FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

“Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti Ukrayna xüsusi xidmət orqanları tərəfindən xüsusi hərbi əməliyyatda iştirak edən Rusiya Federasiyası Müdafiə Nazirliyinin hərbçilərinə, habelə xüsusi əməliyyat zonasında hərbi hissələrə yardım göstərən dövlət qulluqçularına qarşı planlaşdırılan bir sıra təxribat və terror aktlarının qarşısını alıb”, - press-relizdə deyilir.

Çelyabinsk hava limanında poçt göndərişlərinə baxış zamanı ətir dəstləri kimi gizlədilmiş əldəqayırma bombaları olan 5 bağlama aşkar edilib. Paket açılanda bombalar partlamalı idi. Göndərən şəxs Pervouralskda saxlanılıb. Bu, Ukrayna xüsusi xidmət orqanları tərəfindən işə götürülən Rusiya vətəndaşıdır.

FTX qeyd edib ki, həmin şəxs Moskva, Voronej, Krasnodar diyarı və Saratov vilayətindəki hərbi qulluqçulara və hökumət nümayəndələrinə bağlamalar göndərib. Tapşırığı yerinə yetirdikdən sonra Ukrayna xüsusi xidmət orqanları onunla əlaqə saxlamağı dayandırıb və mükafatı ödəməyiblər.

FTX rusiyalıları sayıq olmağa və naməlum şəxslərdən bağlama almamağa çağırıb.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
17
herbiand.az

1Mənbələr