AZ

NURAN-dan yeni layihə!

Ard-arda çıxardığı layihələri ilə gündəm olan gənc artist NURAN yeni işini təqdim edib. 

OLAY yazır ki, ifaçı 90-cı illərin hitlərindən olan “Ay yalançı” mahnısına yeni nəfəs verib.

Elvin Elxanın direktorluğu ilə həyata keçirilən layihə Sumqayıtda ekranlaşdırılıb.

Eldar Mansurovla Vahid Əzizin ərsəyə gətirdiyi mahnıya Əli Zamansoy klip çəkib.

Nuranın vokal müəllimliyini bu dəfə də müğənni Elçin Cəfərov öhdəsinə götürüb. Mahnının yeni tərzdə aranjimanı isə Dahinə (Nihad Məlikov) və Rasim Əsgərova həvalə olunub.  
Hər zaman tərzi ilə diqqət çəkən sənətçinin klipdəki stili üzərində Sərvər Mehtiyev çalışıb.

Xatırladaq ki, sözügedən mahnının ilk ifaçısı Xalq artisti Ağadadaş Ağayev olub.

Seçilən
2
olay.az

1Mənbələr