1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Mart ayının sonunadək, yeni avtomobil almaq istəyən hər kəs, bütün xərclər daxil 5000 manat ilkin ödəniş edərək, 48 aylıq kredit imkanı ilə qənaətcil, etibarlı və servisi əlçatan "Wuling Asta" hibrid krassoverini və ya "Wuling Starligt Plug"in hibrid biznes sedanını əldə edə biləcəklər.
Həmçinin nağd alış zamanı "Wuling Asta" hibrid krossoveri 2 000 manat endirimlə 37 900 manata və orta ölçülü biznes sedan "Wuling Starligt Plug"in hibrid modelini 2 000 manat endirimlə 33 900 manatdan başlayan qiymətlərlə təklif olunur.
"Wuling Asta" hibrid modeli haqqında
"Wuling Asta" modeli qənaətcil olması və dinamik idarəetmə performansı ilə seçilir. Avtomobil 2.0 atmosfer mühərrik və hibrid texnologiyası ilə təchiz edilib, 100 km üzrə ortalama yanacaq sərfiyyatı 4.6 litrdir. 177 at gücünə sahib bu modelin sıfırdan 60 km/saata qədər sürətlənmə vaxtı 3.2 saniyədir.
"Wuling Starlight" plug-in hibrid modeli haqqında
"Wuling Starlight" modeli isə əsasən orta ölçülü biznes sedan olaraq böyük ölçüləri, qənaətcil olması və yüksək performansı ilə seçilir. Plug-in hibrid mühərriklə təchiz olunan bu model, 1.5 benzin mühərrik və elektrik mühərrik ilə birgə 204 at gücü hasil edir. Avtomobilin qarışıq rejimdə ortalama yanacaq sərfiyyatı 4 litrdir. Bu model tam elektrik rejimində 150 km, tam yanacaq çəni ilə 1 200 km-dək yürüş məsafəsini qət etməyə imkan verir.
"Wuling" brendi haqqında
"Wuling" markası, dünya səviyyəli "General Motors" təcrübəsini, Çin avtomobil sənayesinin texnoloji üstünlükləri ilə birləşdirir və bunun nəticəsi olaraq "Wuling" (SGMW koorporasiyası), indiyədək 30 milyondan çox avtomobil istehsalı və satışı ilə Çin avtomobil sənayesində birinci yerdə qərarlaşıb. Etibarlı avtomobil axtarışında olanlar məhz bu səbəbdən "Wuling" avtomobillərini seçə bilər.
Qeyd edək ki, "Wuling" avtomobil brendi, "IMotors" MMC tərəfindən rəsmi olaraq satışa təqdim edilir və "Wuling" avtomobillərinə istehsalçı tərəfindən 4 il və ya 100 000 km rəsmi zəmanət verilir. Satışa təqdim olunan bütün "Wuling" avtomobilləri üçün ən son standartlara cavab verən rəsmi servis mərkəzi fəaliyyət göstərməkdədir və bütün modellər tam qaydada servis xidməti və ehtiyat hissləri ilə təmin olunur.
"Wuling" avtomobilləri ilə daha yaxından tanış olmaq istəyən hər kəs rəsmi satış mərkəzinə müraciət edərək avtomobilləri test edə bilər.
Ətraflı məlumat üçün telefon: *8887
Ünvan: Babək pr. 38A
Rəsmi sayt: www.wuling.az / www.imotors.az