AZ

Estoniya-Azərbaycan parlamentlərarası işçi qrupunun sədri Zəfər parkını ziyarət edib

Bakı. Trend:

Azərbaycan Respublikasında rəsmi səfərdə olan EstoniyaRespublikası parlamentinin (Riiqikoqu) Estoniya-Azərbaycanparlamentlərarası işçi qrupunun sədri xanım Riina Solman martın13-də Bakıda Zəfər parkını ziyarət edib.

Trend xəbərverir ki, işçi qrupunun xanım sədri Zəfər abidəsinin önünə güldəstələri qoyub.

Sonra qonağa Azərbaycan xalqının Vətən müharibəsindəgöstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixiZəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsininəbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflıməlumat verildi. Bildirildi ki, ərazisi 10 hektara yaxın olanparkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimihündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olanZəfər tağı inşa edilib.

Xatırladaq ki, Zəfər parkı Prezident İlham Əliyevin və Birincixanım Mehriban Əliyevanın iştirakı ilə 2024-cü il noyabrın 8-dəaçılıb.

Məqalədə:
Seçilən
16
3
az.trend.az

4Mənbələr