Bakı Qlobal Forumu problemin həlli istiqamətində ilk addımı atmaq üçün əla fürsətdir, bu fürsəti yaratdığına görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm.
APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova bildirib.
Şimali Makedoniya Respublikasının Prezidenti Forum çərçivəsində paneldə çıxış edəcəyini nəzərə çatdırıb, BMT-nin statusundan danışacaqlarını söyləyib: “Proseslər belə davam etsə, bizi necə gələcək gözləyirik? Enerji, rəqabət, tərəfdaşlıq kimi bir çox məsələlər var. Mən artıq çoxlu cavabsız sualları dedim. Amma biz bir yerdən başlamalıyıq. Niyə? Çünki biz bu il BMT-nin ildönümünü qeyd edirik. BMT müstəmləkəçilik əleyhinə və sülh layihəsi idi, lakin biz müharibə ilə üz-üzəyik. Avropa İttifaqı da sülh layihəsi kimi yaradılmışdı, amma Avropada da müharibə var. Beləliklə, bu son zəngdir. BMT, Avropa Şurası, Haaqa və Strasburqdakı beynəlxalq məhkəmələrin taleyi necə olacaq? Hazırda bir az da idealizmə ehtiyacımız var, çünki realizmdən bezmişik”.
Qordana Silyanovska-Davkova Azərbaycan Prezidenti İlham Əliyevin də Forumun açılış mərasimində bir çox açıq sualları qeyd etdiyini, ikili standartlardan da söz açdığını bildirib.