Salyan rayon İcra Hakimiyyətinin keçirdiyi tender ləğv olunub. Tribunainfo.az xəbər verir ki, bu barədə rəsmi mənbələrdə məlumat yayılıb.
Məlumatda bildirilir ki, 1 milyon 128 min 264 manatlıq tenderin məqsədi Salyan şəhərində abadlıq işləri, binaların fasadlarının və dam örtüklərinin təmiri edilməsi olub.
Qeyd edək ki, Anti İnhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ləğvə səbəb kimi mövcud qanunvericiliyin tələblərinin pozulmasını əsas tutub.
Xatırladaq ki, Salyan rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilovdur.