AZ

YAP 32 il ərzində mənalı və şərəfli yol keçib- ÖZƏL

"Yeni Azərbaycan Partiyası 32 il ərzində mənalı və şərəfli yol keçib.  Ümummilli Lider Heydər Əliyevin yaradıcısı olduğu, bu gün Prezident İlham Əliyevin uğurla rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası nəinki ölkəmizin, bütövlükdə Cənubi Qafqaz regionunun aparıcı siyasi təşkilatı kimi tanınır və nüfuz qazanıb". "Olaylar" xəbər verir ki, bunu YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya deyib: " YAP Bərdə rayon təşkilatı 13 minə yaxın partiya üzvünü özündə birləşdirir. Onlardan 6786 nəfəri qadın, 1236 nəfəri gəncdir. Yeni Azərbaycan Partiyasının 32 ildən artıq müddət ərzində şərəfli və məsuliyyətli yol qət edib. Öz siyasi xətti və fəaliyyəti ilə xalqın partiyasına çevrilib. Ulu Öndər Heydər Əliyevin zəngin irsi əsasında və Prezident, YAP Sədri İlham Əliyevin rəhbərliyi altında dövlətimizin qüdrəti, beynəlxalq nüfuzu daha da artıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
1
olaylar.az

1Mənbələr