“Biz nə Türkiyə, nə də Azərbaycanla düşmənçilik etməli deyilik. Çünki biz qonşuyuq. Əcdadlarımız bunu anlamadılar və biz layiqli cəzamızı aldıq” -Vətəninfo.az xəbər verir ki, bu fikirləri erməni politoloq Stepan Danielyan öz səhifəsində yazıb.
Stepan Danielyan daha sonra əlavə edib:
“- Biz Türkiyə və Azərbaycanın əhatəsindəyik və bu reallığı dəyişə bilmərik.
– O qədər də uzaq olmayan əcdadlarımız bunu başa düşmədilər, Türkiyə və Azərbaycanın tərkibində yaşamaq istəmədilər, üsyan etdilər, cəzalandılar.
– Bizim türklərə qarşı düşmənçiliyimiz xarici dövlətlər tərəfindən öz imperialist məqsədləri üçün uydurulub və bizi bu savaşın içinə atıblar.
Ona görə də biz bu reallığı dərk etməli və bütün tələbləri yerinə yetirməli,mədəniyyəti, tarix dərsliklərini dəyişdirməli, milliyyətçilik və antitürkizmlə dolu keçmiş ədəbiyyatı silməliyik, türk dünyasına əngəl olan, Zəngəzurdan imtina etməliyik. Çünki bu bizim xilas yolumuzdur.”