“Biz Antalya Diplomatiya Forumunda Ukrayna və Rusiyadan olan rəsmiləri görüşdürdük, sülhə nail olmaq istəyirdik. Amma ABŞ müharibənin davam etməsini istədi”.
APA xəbər verir ki, bunu XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Geosiyasi dəyişmələr: Məsuliyyətli tərəfdaşlıq rəqabətə qarşı” mövzusunda paneldə Türkiyənin sabiq xarici işlər naziri Mevlud Çavuşoğlu deyib.
O bildirib ki, onların təklifini bəzi Aİ ölkələri dəstəkləsə də hamısı dəstəkləmədi.
Çavuşoğlu Suriyada baş verənlərə də münasibət bildirib: “Biz çalışırıq yeni hökumətə, ölkənin bərpasına kömək edək. Suriyada isə yeni dövr başlanıb və Türkiyə çalışır ki, keçid dövrü hakimiyyətinin cəhdləri uçuruma getməsin. Prezident Ərdoğan bu bölgədə problemlərin həllində çox fəaldır. Ərdoğan bir nömrəli siyasətçidir ki, bütün tərəflərlə əlaqələri saxlayır və işləyir. Yalnız regional güclərlə işləmək olmaz. Amma regional güclər münaqişələrin həllində daha real addımlar ata bilərlər. Biz NATO üzvüyük, amma Rusiya ilə yaxşı münasibətlərə sahibik. İlkin dövrdə NATO üzvü olan Türkiyənin Rusiya ilə dialoq qurmasını birmənalı qarşılamadılar. Amma vaxtında Türkiyənin addımlarını dəstəklənsəydi, müharibənin illərlə davam etməsi əvəzinə biz ilk mərhələdə atəşkəsə nail ola bilər, Ukraynanın təhlükəsizliyini təmin edə bilərdik”.