AZ

Tayvanda 5,7 bal gücündə zəlzələ olub

Tayvanın Taitung əyalətinin sahillərində 5,7 bal gücündə zəlzələ baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Mərkəzi Meteorologiya Bürosunun (CWA) verdiyi açıqlamaya görə, episentri Taitung əyalət mərkəzindən 53 kilometr şimal-şərqdə olan zəlzələ dənizin 12 kilometr dərinliyində qeydə alınıb.

5,7 bal gücündə zəlzələ Taytung əyalətində və Hualien əyalətinin şimalındakı yaşayış məntəqələrində hiss edilib.

Zəlzələdən sonra insan tələfatı və maddi tələfat barədə məlumat verilmir.

Seçilən
45
4
operativmm.az

6Mənbələr