Hazırda dünya və Birləşmiş Millətlər Təşkilatında baş verənlər ciddi narahatlıq doğurur.
Publika.az xəbər verir ki, bunu Şimali Makedoniya Prezidenti Qordana Silyonovska-Davkova XII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
“Azərbaycana gəldiyim üçün çox məmnunam. Bakıdan çox təsirləndim, eyni zamanda iki ölkə arasında çox oxşarlıqlar gördüm. Hər iki ölkə multikulturaldır. Bakı Forumu ilə bağlı isə onu deyə bilərəm ki, çağırışlarla doludur”, - o əlavə edib.
O vurğulayıb ki, dünya yeni transformasiya astanasındadır: