AZ

“Bu Forum narahatlıqlarımızı bölüşmək üçün yaxşı fürsətdir”

“Bakı Qlobal Forumu mühüm məsələlər haqqında müzakirələr aparmaq üçün çox yaxşı fürsətdir”.

“Qafqazinfo” AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Albaniya Prezidenti Bayram Beqay XII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

“Düşünürəm ki, dünyanın narahat olduğunu, o qədər çox mənfi hadisələrin olduğunu nəzərə alsaq, bütün bu çağırışları öz imkanlarımıza çevirmək üçün real imkanları müzakirə edə bilərik. Burada ən vacib məqamlardan biri hər bir təmsilçinin öz ölkəsində rastlaşdığı problemlərdən danışmasıdır. Bu problemlər barədə fikirlərimi əvvəlcə Prezident İlham Əliyevlə, eyni zamanda, bir sıra Forum iştirakçıları ilə bölüşmək istədim. Bu Forum həm təcrübələrimizi, həm də narahatlıqlarımızı bölüşmək üçün yaxşı fürsətdir”, - deyə Albaniya Prezidenti vurğulayıb.

Seçilən
0
9
qafqazinfo.az

10Mənbələr