AZ

“SpaceX”,  “Crew Dragon”-un BKS -ə buraxılmasını son anda təxirə saldı

Amerikalı milyarder İlon Maskın “SpaceX” şirkəti buraxılışına bir saatdan az qalmış “Crew Dragon” pilotlu kosmik gəmisinin Beynəlxalq Kosmik Stansiyaya (BKS) uçuşunu təxirə salıb. Oxuməni.az bu barədə “DW”-yə istinadən xəbər verir.

Canlı yayım şərhçisinin sözlərinə görə, martın 12-də (yerli vaxtla) axşama planlaşdırılan buraxılış yerüstü kompleksin hidravlik sistemində yaranan problem səbəbindən ləğv edilib. İndi o, martın 14-ü axşamdan tez olmayacaq.

“Crew Dragon” kosmik gəmisinin ekipajına rus kosmonavtı Kirill Peskov, həmçinin NASA astronavtları Enn Makkleyn və Nikol Ayers eləcə də “JAXA” astronavtı Takuya Onişi daxildir. Bu komanda BKS -də əvvəlki komandanı əvəz etməli idi, rotasiya missiyası ardıcıl onuncu olmalı idi.

Almaz Həsənli

Seçilən
3
oxumeni.az

1Mənbələr