AZ

Sərhəd buraxılış məntəqlərinin işi bərpa edildi



Qırğızıstan-Tacikistan sərhədindəki “Qayrağaç” və “Qızıl-Bel” buraxılış məntəqələrinin işi bərpa edilib.

Newscenter.az Qırğızıstan prezzidentinin rəsmi saytına istinadən bildirir ki, martın 13-də Qırğız Respublikasının Prezidenti Sadır Japarov və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon videobağlantı vasitəsilə iki ölkənin dövlət sərhədində yerləşən Qayağaç və Qızıl-Bel buraxılış məntəqələrinin yenidən istifadəyə verilməsi mərasimində iştirak ediblər.

Tədbir Tacikistan Prezidenti Emoməli Rəhmonun Qırğızıstana dövlət səfəri çərçivəsində keçirilir.

Qırğızıstan və Tacikistanın sərhəd qurumlarının rəhbərləri keçid məntəqələrinin fəaliyyətini bərpa etməyə tam hazır olduqlarını bildiriblər.

Prezident Sadır Japarov hesabatı dinlədikdən sonra keçid məntəqəsinin fəaliyyətə başlaması barədə göstəriş verib, bundan sonra Qırğızıstan tərəfində maneələr qaldırılıb.

Daha sonra Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Tacikistan ərazisində nəzarət-buraxılış məntəqələrində işin bərpası barədə göstəriş verib və maneələr qaldırılıb.

Qeyd edək ki, “Kayrağaç” və “Qızıl-Bel” buraxılış məntəqələrində işlərin bərpası Qırğızıstan və Tacikistan arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsində mühüm addım olmaqla, iki ölkə xalqları arasında ticari-iqtisadi əməkdaşlığın və dostluq əlaqələrinin inkişafına töhfə verir.

Anar Əliyev
Seçilən
10
newscenter.az

1Mənbələr