AZ

5,5 min yeni iş yeri açılacaq



Qazaxıstan və Özbəkistan sərhədində tikiləcək Mərkəzi Asiya Beynəlxalq Sənaye Kooperasiyası Mərkəzində 5500 yeni iş yeri yaradılacaq.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, 100 hektar ərazini əhatə edən mərkəz regionda yeni istehsal və logistika infrastrukturunun formalaşmasına imkan verəcək. Layihənin 2027-ci ilə qədər tamamlanması nəzərdə tutulur. Tikintiyə 50 milyard tengedən çox investisiya cəlb edilməsi gözlənilir.

Ticarət və inteqrasiya nazirinin müavini Kairat Torebayevin sözlərinə görə, artıq beş şirkət sərmayə qoymağa və regionda zavodlar tikməkdə maraqlıdır. Burada ilk növbədə 35 milyon dollar dəyərində meyvə-tərəvəz emalı zavodu tikiləcək.

Qeyd edək ki, beynəlxalq mərkəz Qazaxıstan tərəfdən “Atameken” və Özbəkistan tərəfdən “Gülüstan” keçid məntəqələrinin yaxınlığında yerləşəcək. Mərkəzin texniki işə salınması 2026-cı ilin 4-cü rübünə, rəsmi açılışının isə 2027-ci ilin birinci yarısına planlaşdırılıb.


Mehman Mehdiyev
Seçilən
8
newscenter.az

1Mənbələr