AZ

Bu ərazidə ən qədim insan qalıqları tapıldı

Qərbi Avropada yaşı 1,1-1,4 milyon il arasında olduğu təxmin edilən ən qədim insan qalıqları tapılıb.

Publika.az xəbər verir ki, İspaniyanın şimalındakı Burqos şəhərinin Atapuerka bölgəsində tapılan qalıqların "Homo affinis erectus" olaraq təsnif edilən yeni insan növünə uyğun gəldiyi bildirilir.

Alimlər vurğulayırlar ki, bu tapıntı Qərbi Avropada erkən Pleistosen dövründə ən azı iki növün mövcud olduğunu göstərir.

İndiyə qədər Qərbi və Mərkəzi Avropada ən qədim insan növünün "Homo antecessor" kimi tanındığı, yeni kəşflə Avropa qitəsinə çatan ilk növün isə "Homo affinis erectus" olduğu qeyd edilib.

Seçilən
0
2
publika.az

3Mənbələr