AZ

Azərbaycanda ilk dəfə VIII faktorun Xromogen üsulu ilə müayinəsinin aparılmasına nail olunub

Bakı. Trend:

Azərbaycanda ilk dəfə Respublika Klinik Xəstəxanasınınlaboratoriyasında VIII faktorun Xromogen üsulu ilə müayinəsi həyatakeçirilib.

Trend xəbərverir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, dünya miqyasında məhdud sayda ölkədə icra olunanbu müayinənin laboratoriya şəraitində işlənilməsi uğurlanəticələnib.

"Hemofiliya X xromosomu ilə əlaqəli resessiv anadangəlmə qanınlaxtalanma pozğunluğu ilə müşahidə olunan xəstəlikdir. Hemofiliyaxəstəliyinin diaqnostikasında qanda laxtalanma faktorlarının təyinimühüm rol oynayır.

Məlumat üçün bildirək ki, Azərbaycanda 1 750 xəstə hemofiliyadiaqnozu ilə dispanser qeydiyyatındadır. Onlardan Hemofiliya A ağırforma 321 xəstə, inhibitor forma isə 44 xəstədir. Hemofiliya Ainhibitorlu forma, həm də Hemofiliya A ağır forma xəstələrəprofilaktik müalicə olaraq 2017-ci ilin noyabrında ABŞ-ın Qida vəDərman Agentliyi (FDA) tərəfindən xəstələrdə qanaxma epizodlarınınqarşısını almaq və ya qanaxmanın tezliyini azaltmaq üçün müntəzəmprofilaktika olaraq “Hemlibra” (Emicizumab) preparatı təsdiqedilib. 2022-ci ildən etibarən ölkəmizdə sözügedən preparat ilə 15inhibitorlu xəstə təmin olunub və ölümlə nəticələnə biləcəkqanaxmanın qarşısı alınıb, xəstələrin həyat keyfiyyətiyaxşılaşdırılıb",- deyə məlumata əlavə edilib.

Qeyd edilib ki, “Hemlibra” preparatı qəbul edən xəstələrdə,məsələn, əməliyyatdan öncə FVIII aktivliyinin müəyyən edilməsitələb olunarsa, xromogen analizinin istifadəsi tövsiyə edilir.

Məqalədə:
Seçilən
10
6
az.trend.az

7Mənbələr