Tayvanın şərq sahilindəki Taitung əyalətinin sahillərində 5,7 bal gücündə zəlzələ baş verib.
Mərkəzi Meteorologiya Bürosu (CWA) tərəfindən edilən açıqlamada, episentrinin Taitung şəhər mərkəzindən 53 kilometr şimal-şərqdə olan zəlzələnin dənizin 12 kilometr dərinliyində qeydə alındığı bildirilib.
Operativ Media bu barədə Anadolu Agentliyinə istinadən xəbər verir.
5,7 bal gücündə zəlzələ Taytung əyaləti və Hualien əyalətinin şimalındakı yaşayış məntəqələrində hiss edilib.
Zəlzələ nəticəsində tələfat və maddi tələfat barədə hələlik məlumat verilmir.