AZ

Başqasının körpəsini satmaq üçün doğum evindən OĞURLADI

14:31 13.03.2025
14:31 13.03.2025

Hindistanlı qadın doğum evinə girərək başqasının körpəsini oğurlamağa çalışıb.

Mynews.az xarici mediaya istinadla bildirir ki, 35 yaşlı Sandhiyarani Mohanta adlı qadın, Odişa ştatının Baripada şəhərindəki xəstəxana ərazisinə daxil olub. Doğum şöbəsini tapıb, sonra isə doğuş zamanı olan qadınlardan birinin palatasına girib.

Orada yeni doğulmuş uşağı götürüb və yeni doğum edən ana tualetdə olarkən körpə ilə birlikdə dəhlizə çıxıb. Mohantanın uşaq oğurladığını tez anlayan xəstəxana işçiləri onu saxlayıblar.

Qadından körpə oğlanı verməsi tələb olunanda, o, imtina edib. Xəstəxananın foyesində dava düşüb. Tibb işçiləri polisə müraciət ediblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları uşağı Mohantadan götürərək anasına təhvil veriblər.

Dindirilmə zamanı məlum olub ki, qadın başqasının körpəsini qaçırmaq üçün öz kəndindən şəhərə 30 kilometr piyada gəlib. Üstəlik, Mohantanın iki övladı var. Polis onun körpəni satmaq üçün oğurladığını ehtimal edir. Qadın həbs edilib.


Seçilən
3
mynews.az

1Mənbələr