Dörd illik fasilədən sonra Ağ Evə qayıdan Donald Trampın etdiyi çıxışlar dünyanın geosiyasi reallığında öz əksini tapmaqdadır.
Editor.az xəbər verir ki, bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan yeni video təhlildə qeyd olunur.
Müəllif bildirir ki, hələlik biz bəyanatlarda səslənən sözlərin Şərqi Avropada, yəni Rusiya-Ukrayna münasibətlərində reallığa çevrilməsini ehtiyatla müşahidə etməyə başlayırıq.
“Ancaq görünür, çox yaxında biz dünyanın başqa yerlərində də ciddi dəyişiklikləri görməyə başlayacağıq, mümkündür ki, bu, Qəzza olsun”, – deyə videosüjetdə qeyd olunur.
Müəllif Donald Trampın Ağ Evdə hakimiyyətə gəlməsi ilə Suriyada gedən prosesləri də müqayisə edib:
“Götürək, Suriyanı. Bu ölkənin tarixində yeni səhifə Donald Trampın seçkilərdə qələbəsi ilə Oval kabinetə qayıdışı arasındakı dövrdə açılsa da, ötən dekabr ayından bu günə qədər müharibənin tüğyan etdiyi bu ölkədə baş verənlər də planetimizin hazırda yaşadığı istiqamət dəyişikliyinin mühüm tərkib hissəsi sayıla bilər. Bundan sonra Panamada, Qrenlandiyada, Kanadada, İranda nə baş verəcək, Oval kabinetdə jurnalistlər qarşısında yeni qızğın müzakirələr olacaqmı, – bütün bunları zaman göstərəcək. Biz isə təbii ki, Ermənistan-Azərbaycan münaqişəsinin hələ də həll olunmamış qaldığı bölgəmizdən daha çox narahatıq”.
Ətraflı yeni videosüjetdə: